Vanetsyan deputat mandatından imtina etdi - "Mübarizə parlament divarlarından kənarda davam edəcək"

22-06-2022, 08:17           
Vanetsyan deputat mandatından imtina etdi -
Ermənistan parlamentin “Mənim şərəfim var” fraksiyasının rəhbəri, “Vətən” partiyasının lideri Artur Vanetsyan deputat mandatından imtina edib.

"AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, bu barədə spiker Alen Simonyan məlumat verib.

“Milli Məclisin Reqlamenti” qanununa əsasən, deputat bir həftə ərzində yazılı şəkildə ərizəsini geri götürməkdən imtina etməzsə, onun səlahiyyətlərinə xitam verilməsi barədə protokol tərtib olunacaq. Bu protokol parlamentin sədri tərəfindən imzalanacaq. Protokol dərc edildiyi andan deputatın səlahiyyətlərinə xitam veriləcək.

Bundan əvvəl Vanetsyan bildirib ki, Ermənistan parlamenti hakimiyyətin destruktiv fəaliyyətinin dayandırılması və ölkəni böhrandan çıxarmaq üçün effektiv platforma olmaqdan çıxıb. Onun sözlərinə görə, “Vətən” partiyası mübarizəni parlament divarlarından kənarda davam etdirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru