Ukraynalılara verilən Rusiya pasportları tanınmayacaq

14-07-2022, 11:51           
Ukraynalılara verilən Rusiya pasportları tanınmayacaq
Rusiya Federasiyasının ukraynalılar üçün Rusiya vətəndaşlığının sadələşdirilmiş proseduru ilə bağlı yeni qanunvericiliyi suverenliyin pozulmasıdır və Aİ belə pasportları tanımayacaq.

"Unikal" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Josep Borrell deyib.

"Bütün ukraynalıların Rusiya vətəndaşlığını əldə etmə prosedurunu sadələşdirən yeni Rusiya qanunvericiliyi Ukraynanın qeyri-qanuni müharibə ilə bağlı suverenliyinin növbəti kobud şəkildə pozulmasıdır. Aİ bu pasportları heç vaxt tanımayacaq", - Borrell öz "Twitter" səhifəsində yazıb.

O əlavə edib ki, Aİ özünü elan etmiş Luqansk və Donetsk Xalq Respublikalarında, eləcə də Zaporojye və Xerson vilayətlərində verilən Rusiya pasportlarına münasibətdə olduğu kimi eyni mövqedən çıxış edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru