Tayvan Çinin ehtimal olunan hücumlarını simulyasiya etmək üçün təlimlər keçirəcək

14-07-2022, 11:05           
Tayvan Çinin ehtimal olunan hücumlarını simulyasiya etmək üçün təlimlər keçirəcək
Tayvan administrasiyası adanın kritik infrastrukturuna Çinin potensial hava hücumlarının simulyasiyasını həyata keçirəcək. Ordu.az xəbər verir ki, bu barədə “Taiwan news” nəşri məlumat yayıb.

Təlim silahlı qüvvələrin Çinin hücumuna qarşı döyüş hazırlığını yoxlamaq üçün hər il keçirilən “Han Kuanq” təliminin bir hissəsidir.

Təlimdə Çin qüvvələrinin döyüş təyyarələri və helikopterlərlə hücumları nümayiş etdiriləcək.

Məlumata görə, simulyasiya Taypey Limanı və Tamsui çayını hədəf alacaq, çünki Çin qüvvələri hücum zamanı hərbi texnikanı boşaltmaq üçün bu ərazilərdən istifadə edə bilər.

İlk dəfə 1984-cü ildə keçirilən “Han Kuanq” təlimi Tayvan adasının “ən mühüm” hərbi təlimi hesab olunur. Təlim ordunun asimmetrik, informasiya və radioelektron mübarizə ilə məşğul olmaq qabiliyyətini təkmilləşdirmək üçün nəzərdə tutulub.

Builki təlimdə Çinin hava hücumlarını simulyasiya etməklə yanaşı, geniş çeşidli silah sistemlərindən istifadə etməklə dənizdə işğalçı qüvvələrin məhv edilməsinə diqqət yetiriləcəkordu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru