Britaniya kəşfiyyatı: Rusiya hücum sürətini itirmək təhlükəsi ilə üzləşib

14-07-2022, 11:02           
Britaniya kəşfiyyatı: Rusiya hücum sürətini itirmək təhlükəsi ilə üzləşib
Rusiya qüvvələri Donbasda geniş cəbhə boyunca artilleriya zərbələrini davam etdirir və bəzi ərazilərdə kiçik bölmələr tərəfindən hücumlar həyata keçirir. Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiya qüvvələri Lisiçanskın ələ keçirilməsindən qazandığı hücum sürətini itirmək təhlükəsi ilə üzləşib.

Əlavə olunub ki, Rusiya qüvvələri tərəfindən istifadə edilən köhnəlmiş texnika və silahlar, həmçinin Sovet dövründən qalma taktikalar kütləvi şəkildə istifadə edilmədiyi müddətcə hücum sürəti qazandırmaq iqtidarında deyil.

Vurğulanıb ki, iyulun 13-də Ukrayna, Rusiya, Türkiyə və BMT nümayəndələri arasında taxıl ixracı ilə bağlı danışıqlara və əsirlərin mübadiləsinə dair uğurlu müzakirələrə baxmayaraq münaqişəni başa çatdırmaq üçün geniş danışıqlar aparılması perspektivi aşağıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru