Emmanuel Makron: “Müharibənin davam edəcəyinə hazırlaşmaq lazımdır“ 14-07-2022, 19:12 “Rusiyanın Ukraynaya qarşı müharibəsi davam edəcək”. “Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron yerli KİV-ə müsahibəsində deyib.“Yay və payızın əvvəli çətin keçəcək. Müharibənin davam edəcəyinə hazırlaşmaq lazımdır. Fransa daim Ukraynaya kömək edə biləcək”, - o bildirib.Qeyd edək ki, daha əvvəl Makron savaşın ilin sonunadək çəkəcəyini demişdi. Onun fikrincə, Rusiya qalib gələ bilməz. Facebook-da paylaş