Rusiya quru sərhədini keçməsinə qoyulan məhdudiyyətləri ləğv edib
15-07-2022, 10:48
İyulun 15-dən Rusiya 2020-ci ilin martında koronavirusinfeksiyasının yayılması ilə əlaqədar dövlətin quru sərhədinikeçməsi ilə bağlı tətbiq etdiyi məhdudiyyətləri ləğv edib.
Trend-inməlumatına görə, müvafiq sənədi ölkənin baş naziri Mixail Mişustinimzalayıb.
Bundan əvvəl epidemik vəziyyətin yaxşılaşması ilə əlaqədariyunun 14-dən etibarən xarici vətəndaşların Rusiyaya hava və dənizkeçid məntəqələri vasitəsilə girişinə qoyulan məhdudiyyətlərin ləğvedilməsi qərara alınıb. Lakin yerüstü nəqliyyat vasitələri iləgirişə bir sıra məhdudiyyətlər tətbiq olunmağa davam edib.