ABŞ Estoniyanı HIMARS reaktiv yaylım atəş sistemi ilə təchiz etmək niyyətindədir

16-07-2022, 11:28           
ABŞ Estoniyanı HIMARS reaktiv yaylım atəş sistemi ilə təchiz etmək niyyətindədir
Birləşmiş Ştatlar Estoniyaya 500 milyon dollar məbləğində altı ədəd HIMARS reaktiv yaylım atəş sistemi tədarük etməyi planlaşdırır.

Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

“Dövlət Departamenti hərbi texnikanın xarici ölkələrə satışı proqramı çərçivəsində Estoniya hökumətinə M142 HIMARS reaktiv yaylım atəş sistemi və təxmini dəyəri 500 milyon dollara qədər olan müvafiq avadanlıqların mümkün tədarükünə icazə vermək barədə qərar qəbul edib”, – ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik üzrə Əməkdaşlıq İdarəsinin sənədində deyilir.

Bundan əlavə, ABŞ ordusu Norveçə dəyəri 950 milyon dollara qədər olan 265 ədəd AIM-120 “hava-hava” raketləri və müvafiq avadanlıqlar tədarük etmək planlarını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru