Belarus georgi lentlərindən imtina etdi

7-05-2016, 13:58           

“Biz dövlət orqanlarının tələbinin yerinə yetirilməsini xahiş edirik”.
Belarus hakimiyyəti 9 May ərəfəsində ölkə vətəndaşlarına bayram tədbirlərində Rusiyada Qələbə gününün rəmzi olan georgi lentindən istifadə etməməyə çağırıb. Oxu.az xəbər verir ki, bu barədə “Moskvski komsomolets” sosial şəbəkə istifadəçilərinə və müxtəlif vətənpərvərlik aksiyalarının təşkilatçılarına istinadən məlumat yayıb.
Belə ki, “VKontakte”də Bobruyskda “Qələbəyə görə babama minnətdaram” avtomobil yarışına həsr edilmiş qrupunda, təşkilatçılar iştirak üçün əsas şərtlərdən biri kimi georgi lentinin və Rusiya rəmzlərinin istifadə edilməməsini göstərib.
Daha sonra şərhlərdə, bunun şəhər administrasiyasının tələbi olduğu bildirilir:
“Heç kim Rusiya rəmzlərinə və georgi lentinə qarşı deyil, biz sadəcə dövlət orqanlarının tələbinin yerinə yetirilməsini xahiş edirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru