Separatçıların nəzarətində olan Luqansk və Donetsk vilayətlərinin ərazisinə Rusiya hərbçilərinin növbəti qüvvələri gətirilib.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Rusiya hərbçilərinin əksəriyyəti çeçenlərdir.
“Mayın 6-dan etibarən Alçevsk rayonuna Rusiya Milli Qvardiyasının operativ təyinatlı (Qroznı, Çeçenistan Respublikası) 46-cı briqadasının hərbçiləri gətirilir. Briqadanın şəxsi heyəti milli prinsip üzrə komplektləşdirilib və əsasən çeçenlərdən ibarətdir”, - xəbərdə deyilir. Dmitri Qavrilov briqadaya komandanlıq edir.
Həmçinin, məlumata görə, Rusiya Ukraynaya hərbi texnika cəmləməkdə davam edir.