İran ordusu Suriyada mühasirəyə düşdü - 45 ölü, yaralıların sayı getdikcə artır (Foto) 8-05-2016, 15:27 İran İnqilab Keşikçiləri Korpusunun 100 əsgəri Suriyanın Hələb şəhərinin cənubunda müxaliflərin mühasirəsinə düşüb.Avropa.info xəbər Əl Cəzirə telekanalına istinadən xəbər verir ki, mühasirə nəticəsində 45 İran əsgəri öldürülüb. Yaralı sayı dəqiq bilinmir. Qeyd edək ki, İran Suriyada diktator Bəşər Əsədi dəstəkləyir. Bu vaxtadək İran ordusunun 400-dən çox zabit və əsgəri Suriyada öldürülüb. Facebook-da paylaş