General Qacarianı İran öldürtdürüb? - Şok iddia

8-05-2016, 15:29           

Suriyada müxalifət qüvvələrinə qarşı döyüşən təşkilatları idarə edən iranlı generalların öldürülməsi ilə bağlı yeni bir iddia ortaya atılıb.

Axar.az türk mətbuatına istinadən xəbər verir ki, generalların döyüş bölgəsində uğursuz əməliyyatlar həyata keçirdikləri üçün İran kəşfiyyatı tərəfindən öldürüldüyü bildirilir.

Bu generallardan ən çox diqqət çəkəni İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) komandanı Qasım Süleymaninin köməkçisi Hüseyn Həmədanidir. Onun ölümünü İŞİD hücumları ilə əlaqələndirsələr də, terror təşkilatı bunu öz üzərinə götürməyib.

Digər iki generalın - Möhsin Qacarian və Həsən Əli Şəmsabadinin Hələbdəki döyüşlər zaman öldürüldüyü iddia olunmuşdu. Lakin Suriyadan İrana göndərilən sənədlərdə onların qeyri-döyüş şəraitində öldüyü yazılıb.

General Qacarianla birlikdə, 6-7 nəfər komandirin də eyni gündə öldürüldüyü, ancaq bu məlumatın İran ictimaiyyətindən gizlədildiyi bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.