Rusiya və Çindən 2,5 trilyonluq pul axını

9-05-2016, 11:12           

Son illərdə Rusiya və Çindən ofşor zonalara 2,5 trilyon dollar pul köçürülüb.

Axar.az xəbər verir ki, bu barədə İngiltərənin "Qardian" qəzeti Kolumbiya Universtitetinin professoru Ceyms Henriyə istinadən məlumat yayıb.

Professorun araşdırmasına görə, 2014-cü ilin sonunda Rusiyadan ofşor bölgələrə 1,3 trilyon dollar pul köçürülüb.

Çindən bu zonalara axan məbləğ isə 1,2 trilyon dollar təşkil edib.

Professor məbləğin son illərdə artdığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru