Rusiyanın İrəvandakı səfirliyindən ermənilərə tərs sillə - “Rus silahı Qarabağa verilə bilməz”

9-05-2016, 14:03           
Rusiyanın İrəvandakı səfirliyindən ermənilərə tərs sillə - “Rus silahı Qarabağa verilə bilməz”
Bu gün mayın 9-da Rusiyanın İrəvandakı səfiri İvan Volınkin Qələbə günü münasibətilə keçirilən tədbirdə iştirak edərkən jurnalistlərin suallarına cavab verib və erməniləri pərt edib.

Virtualaz.org “Lragir.am” saytına istinadən xəbər verir ki, jurnalistlər səfirdən Rusiyanın Ermənistana verməli olduğu silahların niyə gecikdiyini soruşublar. Volınkin cavab verib ki, bu gün bayramdır və jurnalistlər bu mövzuda sual versələr yaxşıdır. Erməni jurnalistləri isə səfirlə mübahisəyə girərək xatırladıblar ki, Qarabağda müharibə gedir, Rusiya isə Azərbaycanı silahlandırmaqda davam edir.

Səfir isə “sübut edin ki, Rusiya Azərbaycanı silahlandırır” deyib. Jurnalistlər Rusiya səfirinə baş nazirin müavini Dmitri Roqozinin açıqlamasını xatırladıblar. Bu zaman səfir deyib ki, Rusiya Azərbaycana da, Ermənistana da silah satır.

Daha sonra Rusiya səfirliyinin ikinci katibi jurnalistlərdən xahiş edib ki, mikrofonları söndürsünlər. Ardınca isə saytın yazdığı kimi “sensasion etiraf”la çıxış edib. “Bəyəm Ermənistan Dağlıq Qarabağı tanıyıb? Nə qədər ki, tanımayıb, rus silahı Qarabağa daxil ola bilməz”-diplomat deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru