ABŞ Əfqanıstandakı bəzi problemlərin həllinə 150 milyon dollar ayıracaq - FOTO

14-08-2022, 10:15           
ABŞ Əfqanıstandakı bəzi problemlərin həllinə 150 milyon dollar ayıracaq - FOTO
ABŞ hökuməti Əfqanıstanda qadın və qızların hüquqlarını dəstəkləmək, təhsil imkanlarını genişləndirmək və ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq üçün 150 milyon dollar ayıracaq.

Bu barədə şənbə günü Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays “Twitter” səhifəsində məlumat verib.

“Birləşmiş Ştatlar ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə Əfqanıstana göstərilən dəstəyi genişləndirir və ərzaq təhlükəsizliyi problemlərinin həlli üçün 80 milyon dollar, əfqan uşaqlarının təhsil hüquqlarını dəstəkləmək üçün 40 milyon dollar, qadın və qızların ictimai həyatda iştirakını artırmaq üçün 30 milyon dollar ayrıldığını elan edir”, - Prays qeyd edib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyindən bildirilib ki, bu vəsaitlər BMT bazasında fəaliyyət göstərən müvafiq fondlar və təşkilatlar vasitəsilə bölüşdürüləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru