Liz Trass Britaniyada Baş nazir postu uğrunda mübarizədə liderlik edir

15-08-2022, 08:28           
Liz Trass Britaniyada Baş nazir postu uğrunda mübarizədə liderlik edir
Böyük Britaniyanın Xarici İşlər naziri Liz Trass öz rəqibi Rişi Sunakı ölkənin növbəti Baş naziri postu uğrunda mübarizədə 22 faiz qabaqlayır.

Bunu Mühafizəkarlar Partiyasının keçirdiyi sorğunun nəticələri göstərib. «Opinium Research» sorğusu şənbə günü keçirilib. «Röyter» agentliyinə istinadla xəbəri «Ukrinform» yayıb.

Mühafizəkarlar Partiyasının 450 üzvündən kimin namizədliyini dəstəkləyəcəyi məlum olanlar arasında Trass 61 səs alıb, onun ən yaxın rəqibi keçmiş maliyyə naziri Sunak isə 39 səs toplayıb.

Sorğu göstərir ki, Trassın dəstəklənməsinin 3 əsas səbəbi Sunaka rəğbətin olmaması, XİN başçısına daha yüksək inam və onun Boris Consona sadiq qalmasıdır.

«Ukrinform»un xəbər verdiyi kimi, Britaniyanın istefaya gedən Baş naziri Boris Conson gələcəkdə öz postuna qayıtmaq niyyətindədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.