“İŞİD lideri Əbu Vahib məhv edilib” – Pentaqonun mətbuat katibi

10-05-2016, 01:38           


7486Koalisiya üzvlərinin İraqda keçirdikləri əməliyyat zamanı İŞİD terror qruplaşmasının liderlərindən biri məhv edilib. “Report”un məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk keçirdiyi brifinqdə məlumat verib.
“Koalisiya İŞİD-in Ənbar əyalətindəki hərbi liderlərindən biri Əbu Vahibi məhv etmək üçün onun olduğu əraziyə avia zərbə endirib. Əbu Vahib “Əl Qaidə” terror təşkilatının keçmiş üzvüdür. O, İŞİD-in cəza videogörüntülərində də yer alıb” – deyə Pentaqon rəsmisi bildirib.
O, əlavə edib ki, aviazərbə uğurlu nəticələnib və Əbu Vahib öldürülüb. Onunla birlikdə daha 3 silahlı məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru