Rusların 3 hücumunu dəf etdik – Ukrayna

17-08-2022, 10:54           
Rusların 3 hücumunu dəf etdik – Ukrayna
Rusiya qoşunları Donbasda müxtəlif istiqamətlərdə hücuma keçməyə çalışır, Ukrayna hərbçiləri müdafiə xəttini saxlayır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

“Slavyansk istiqamətində düşmən Brajkovka, Velikaya Kamışevaxa, Dibrovnoye, Vernopolye və Mazanovka yaşayış məntəqələri ərazilərində tanklardan, toplardan və raket artilleriyasından zərbələr endirib. Ruslar Boqorodiçnı bölgəsində hücum döyüşü keçirməyə çalışdı, lakin uğur qazanmadı, geri çəkildi. Mazanovka və Novodmitrovka yaxınlığında döyüşlər davam edir. Donetsk istiqamətində işğalçılar səylərini Baxmut və Novopavlovski istiqamətlərinə yönəltməkdə davam edirlər. Kramatorsk və Avdeyev istiqamətlərində düşmən qoşunların taktiki mövqeyini yaxşılaşdırmağa çalışır. Düşmən Marinka, Krasnoqorovka və Yasinovataya rayonlarına hava zərbələri endirib. Krasnoqorovka yaxınlığında PUA-ların hava kəşfiyyatı aparılıb. Ruslar Opıtnoqo bölgəsində hücum əməliyyatları keçirməyə çalışır, döyüşlər davam edir”, - məlumatda deyilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru