Yaponiyada anomal istilər: yüzlərlə vətəndaş xəstəxanalarda

10-05-2016, 12:46           
Yaponiyada anomal istilər: yüzlərlə vətəndaş xəstəxanalarda
Yaponiyada havanın həddən artıq isti keçməsi ilə əlaqədar minə yaxın vətəndaşlar günvurma diaqnozu ilə ölkə xəstəxanalarına yerləşdirilib.

FaktXəbər-in məlumatına görə, zərər çəkmişlərin 40%-ı yaşlı sakinlərdir.

Məlumatda bildirilir ki, onlardan biri dünyasını dəyişib. Qalanların vəziyyəti isə kritik olaraq qalır.

Xatırladaq ki, aprelin sonundan başlayaraq Yaponiya bölgələrinin əksəriyyətində temperatur müsbət 30 dərəcədən yuxarı qalxıb. Yapon meteoroloqları builki yayın normadan artıq isti keçəcəyini proqnozlaşdırırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru