Döyülərək öldürülən Məhsa Əminiyə görə İRAN QARIŞDI

19-09-2022, 10:08           
Döyülərək öldürülən Məhsa Əminiyə görə İRAN QARIŞDI
İranda 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra kütləvi etirazlar başlayıb.

Publika.az xəbər verir ki, onun yanlış hicab geyindiyi üçün polis idarəsində döyüldüyü güman edilir.

Aminin dəfn mərasimi Kürdüstan əyalətində keçirilib. Bundan sonra yerli sakinlər küçələrə çıxaraq ətraflı araşdırma tələbi ilə aksiyaya başlayıblar.

Əl-Cəzirə" telekanalının məlumatına görə, izdiham rəhbərinin ofisinin önünə gəlib və oradan gözyaşardıcı qazla dağıdılıb.

Əslində etirazlar rəsmi mənbələrin qızın ölümünün səbəbini ürək problemləri adlandırması ilə başlayıb. Lakin yerli hüquq müdafiəçiləri Əmininin qulaqlarından qanaxma və kəllə sümüyünün sınması ilə xəstəxanaya yerləşdirildiyini bildiriblər.

Qeyd edək ki, qız Tehrana qohumlarını ziyarət etmək üçün gəlib. Orada o, dini normalara riayət olunmasına nəzarət edən xüsusi təyinatlı şəriət polisi tərəfindən saxlanılıb.

O, hicabını düzgün geyinməməkdə günahlandırılaraq polis bölməsinə aparılıb. Orada bir neçə saat qaldıqdan sonra Amini xəstəxanaya yerləşdirilib və o, xəstəxanada dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru