Çin ordusuna aid təyyarə və gəmilər Tayvanda mühasirəyə alındı

19-09-2022, 17:01           
Çin ordusuna aid təyyarə və gəmilər Tayvanda mühasirəyə alındı
Çin ordusuna məxsus 9 təyyarə və 5 gəmi sentyabrın 19-da Tayvanda mühasirəyə alınıb.

Yenicag.az xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Qeyd olunub ki, Çin Hərbi Hava qüvvələrinə məxsus iki təyyarə Tayvan boğazında orta xətti keçib.

Xatırladaq ki, sentyabrın 16-da ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun müavini Devid Koen Çin Sədri Si Szinpinin 2027-ci ildə Tayvanı ələ keçirməyı planlaşdırdığını bildirib.

ABŞ Prezidenti Cozef Bayden sentyabrın 18-də bəyan edib ki, Çin müdaxilə edəcəyi halda ABŞ qoşunları Tayvanı müdafiə edəcək./Report/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru