Qırğızıstan və Tacikistanın dövlət təhlükəsizlik komitələrinin rəhbərləri sərhəddə vəziyyətin sabitləşməsi və 2 ölkə arasında sülhün bərqərar olunması barədə protokol imzalayıblar. Bu barədə Turmush agentliyi məlumat yayıb. Qırğızıstan DTX-nin sədri Kamçıbek Taşıyev bildirib ki, Tacikistanla imzalanan protokolun məqsədi vəziyyəti sabitləşdirmək və 2 ölkə arasında sülhü bərqərar etməkdir. Taşıyev sabah növbəti görüşün keçiriləcəyini də qeyd edib. Qeyd edək ki, bu gün səhər saatlarında Qırğızıstan DTX Tacikistan tərəfin əsir götürdüyü 4 sərhədçinin qaytarıldığını bildirib.