Yaponiyada güclü qasırğada onlarla insan xəsarət alıb - FOTO/VİDEO

20-09-2022, 09:08           
Yaponiyada güclü qasırğada onlarla insan xəsarət alıb - FOTO/VİDEO
Yaponiyanın cənubunda və cənub-qərbində tüğyan edən “Nanmadol” qasırğası nəticəsində 69 nəfər xəsarət alıb, bir yerli sakin ölüb.

Bu barədə yerli NHK telekanalı xəbər yayıb.

Həmçinin Miyadzaki prefekturasında sürüşmə nəticəsində onlarla insanın itkin düşdüyü bildirilir.


Meteoroloqlar əlverişsiz hava şəraitinin davam edəcəyi, o cümlədən saniyədə 30 metrə çatan güclü külək və tayfun barədə xəbərdarlıq edirlər.

“Nanmadol”un tüğyan etdiyi ərazilərdə uçuşlar və dəmiryolu əlaqələri ləğv edilib, qonşu prefekturalarda ictimai nəqliyyat məhdudlaşdırılıb.

Bundan əlavə, regionda təbii fəlakətlərə görə 9,5 milyon sakinin təxliyəsi gözlənilir.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru