ABŞ-dan İran təyyarələrinə SANKSİYA

20-09-2022, 12:37           
ABŞ-dan İran təyyarələrinə SANKSİYA
ABŞ sanksiyalardan yayınaraq Rusiyaya yük daşıyan İran aviaşirkətlərinə məxsus 3 yük təyyarəsinə sanksiya tətbiq edib.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilib ki, sanksiya tətbiq edilən təyyarələr İranın "İran Hava Yolları", "Mahan Air" və "Qeshm Fars Air" hava yolları şirkətləridir.

Sentyabrın 8-də Gürcüstanın hava məkanını keçərək Rusiya Federasiyasına enən “İran Air” aviaşirkətinə məxsus “Boeing 747” təyyarəsinə də sanskiya qoyulduğu məlum olub.

Məlumata görə, bunlar indiyədək müəyyən edilən ilk üç İran təyyarəsidir.

Bildirilib ki, hazırkı mərhələdə ümumilikdə İranın 183 təyyarəsi ABŞ-ın ixrac nəzarətini pozduğuna görə sanksiya siyahısına daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru