Ukrayna ordusundan növbəti uğurlu əməliyyat: Şəxsi heyətin 70 faizi məhv edildi

20-09-2022, 11:33           
Ukrayna ordusundan növbəti uğurlu əməliyyat: Şəxsi heyətin 70 faizi məhv edildi
Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Luqansk vilayətinin Svatovo şəhərində rus ordusunun şəxsi heyətinin 70%-ni məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının səhər xülasəsində məlumat verilib.

“Svatovo qəsəbəsində Müdafiə qüvvələrinin bölmələri rus odusunun canlı qüvvəsinin cəmləşdiyi əraziyə zərbə endirib. Məlumdur ki, qeyd olunan obyektdə olan şəxsi heyətin 70%-i həlak olub”,- bildirilib.

Həmçinin əlavə edilib ki, Ukrayna hərbçiləri Novoaydar rayonunda 50-yə yaxın hərbi texnika və sursatı məhv edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru