Rusiyada müəllimlərin səfərbərliyə alınmasına başlanıldı

21-09-2022, 09:03           
Rusiyada müəllimlərin səfərbərliyə alınmasına başlanıldı
Rusiya orduda ehtiyat hissələrin formalaşdırılması üçün yeni üsullardan istifadəyə başlayıb.

Ukraynada daimi itkilər verən Rusiya ordunu müəllimlərin hesabına doldurmağı qərara alıb.

Belə bir iddia ilə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı çıxış edib.

Məlumata görə, Şərq Hərbi Dairəsinin Trans-Baykal ərazisində yerləşən briqadalarından birinin bazasında dörd atıcı batalyonun formalaşdırılması davam edir. Və bu, müəllimlərin hesabına həyata keçirilir.

“Bu batalyonlarda zabit vəzifələrinə Uzaq Şərq Ali Əlahiddə Ümumqoşun Komandanlıq Məktəbinin müəllimləri qəbul edilirlər”, – deyə məlumatda qeyd edilir.

“Rusiya hərbi rəhbərliyi bu bölmələri formalaşdırarkən İkinci Dünya müharibəsi təcrübəsini tətbiq etməyə davam edir. Bu da mövcud əhəmiyyətli problemlərdən və yanlış hesablamalardan xəbər verir”, – deyə Baş Qərargahdan ötən əsrin taktikası ilə bağlı şərh verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru