Aİ Ukraynaya böyük məbləğdə makromaliyyə yardımı ilə bağlı yekun qərar verdi 21-09-2022, 09:34 Avropa İttifaqı Ukraynaya təcili olaraq 5 milyard avroluq makromaliyyə yardımının ayrılması ilə bağlı yekun qərar qəbul edib. Yardım müharibə zamanı Ukraynanı dəstəkləmək məqsədi daşıyır.Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.Sentyabrın 9-da üzv ölkələrin maliyyə nazirləri Praqada keçirilən qeyri-rəsmi görüş zamanı bu vəsaitin Ukraynaya ayrılmasını dəstəkləyib.Sentyabrın 15-də qərar Avropa Parlamenti tərəfindən dəstəklənib.Bu gün isə Avropa İttifaqı Şurası rəsmi qərar qəbul edib. Facebook-da paylaş