Putinin son Ukrayna planı: Qanlı toqquşmalar, itkilər çox olacaq, amma nəticə olmayacaq

21-09-2022, 11:26           
Putinin son Ukrayna planı:
TEREF.AZ: Rusiya Donetsk, Luqansk, Xerson, Zaporojyeda "referendum" keçirəcək. Ukraynanın bu ərazilərini Rusiyanın subyektlərinə çevirmək planına hüquqi don geydirmək üçün mexanizm işə düşür.
Bundan öncə Putin Donetsk və Luqanski müstəqil dövlət kimi tanımışdı (fevralın 21)
Separatçılar sentyabrın 19-da toplantı keçirərək Rusiyaya birləşmək haqda qərar veriblər, Rusiyada dərhal hərəkətə keçib.
Hazırda Ukraynada "Xüsusi əməliyyat" aparan Putinin durumu yaxşı deyil, hərbi vəziyyət köklü şəkildə onun əleyhinə dəyişib.
İlhaqı nəzərdə tutan referendumdan sonra Putin Ukraynaya müharibə elan edəcək, dar deyil, geniş səfərbərlik haqda qərarlar çıxaracaq. Rəsmi müharibənin elanı Putinə imkan verəcək ki, daha geniş addımlar ata bilsin, məsələn "ölkəsinin təhlükəsizliyinə təhdid olduğu halda nüvə şantajını real müstəviyə çıxarsın". Amma bu çıxış yolu kimi də görünmür. Rusların separatçı qurumları respublika kimi tanımasının mənası və nəticəsi olmadı.
Putinin vəziyyəti öz xeyrinə dəyişmək üçün bu addımlarının nəticəsi olacağı şübhə altındadır.
Görünən odur ki, Putin Rusiyası bir müddət sonra öz gücünü toparlayaraq Ukraynaya növbəti dəfə güclü hərbi həmlə həyata keçirəcək. Qısacası qanlı toqquşmalar, itkilər çox olacaq, nəticə olmayacaq.
Putinlə paralel olaraq Lukaşenkoda müəyyən addımlar atır, ordusuna hazır ol təlimatı verir.
Qanlı müharibələr payız və qış fəsli boyunca davam edəcək.
Nemət Orucov
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru