Ukrayna dövləti qəhrəmanlarını darda qoymaz. VİDEO\FOTO

22-09-2022, 08:46           
Ukrayna dövləti qəhrəmanlarını darda qoymaz. VİDEOFOTO
Ukrayna dövləti qəhrəmanlarını darda qoymaz. İlk gündən deyirdik, yazırdıq, bu xüsusi əməliyyatın bir hissəsidir. Dünən gecə saatlarında içərilərində Mariupolun və "Azovstal"ın müdafiəçiləri, Ukrayna qəhrəmanı, "Azov" batalyonu komandiri Deniz Prokopenko, Evgeni Bova, Lev Paşko, Dmitro Kozaçki, (Orest ləqəbli fotoqraf), Mikola Kuş, Kostyantin Nikitenko, Mixaylo Verşinin (Mariupolun patrul polisi rəisi), Katerina Polişuk, (Ptaşka), Maryana Mamonova, Valentina Zubko, Yana Şumoveçka, Zoryana Repeçka, Anastasiya Çernenko kimi məşhurlar olduğu dəyişdirilmə baş tutub. Qeyd edək ki, xanım döyüşçülərin 3 nəfər hamilədir.
Azad olunanlar arasında tək hərbçilər deyil, Ukrayna təhlükəsizlik xidməti, Sərhəd qoşunları xidməti, dəniz piyadaları, polis əməkdaşları və ərazi müdafiə batalyonları üzvləri də var.
Ümumilikdə 215 qəhrəman. 124 zabit!
108 nəfər "Azovstal" döyüşçüsüdür. 200 nəfər Ukraynada ləğv olunmuş rusyönumlu müxalif partiyası lideri, Putinin kirvəsi Dmitri Medvedçukla dəyişdirilib. 55 rus əsir müqabilində isə Mariupolun müdafiəçisi olan 5 komandir dəyişdirilib. Lakin razılaşmaya görə onlar müharibə bitənədək əsas vasitəçi olan Türkiyədə qalacaqlar. Slava Ukraine, Slava Türkiyəm!
"Mən evdəyəm. Dünyanın ən yaxşı torpağında. Tanrım"
Əsirlikdən qayıdan Ukrayna qəhrəmanları torpağı öpdülər.
Anar Natiqoğlu
Teref.az
Slava Ukraine. Dəyişdirilmədə əsas vasitəçi olan qardaş Türkiyə dövlətinə təşəkkürlər!!!







0:49 / 5:12












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru