Vladiqafqazda minik avtomobillərinin Gürcüstan istiqamətində hərəkəti məhdudlaşdırılıb

24-09-2022, 00:09           
Vladiqafqazda minik avtomobillərinin Gürcüstan istiqamətində hərəkəti məhdudlaşdırılıb
Rusiyanı tərk etmək istəyənlərin sayının kəskin artması səbəbilə Vladiqafqazda minik avtomobillərinin Gürcüstan istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Məlumatı "Azadlıq" radiosunun rusdilli xidməti yayıb. Bildirilib ki, sentyabrın 23-də saat 03:30-dan etibarən Vladiqafqazda Moskovskiy və Kosta prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb və Gürcüstanla gömrük-keçid məntəqəsi istiqamətində yalnız yerli qeydiyyat nişanına malik avtomobillər buraxılır.

Məlumata görə, bu səbəbdən Gürcüstan sərhədinə doğru insanlar piyada, skuterlə, velosipedlə, bəzi hallarda isə yerli sakinlərdən onları sərhədə çatdırması üçün ödəniş etməklə gəlirlər.

Şimali Osetiya rəsmiləri yaranmış vəziyyətə dair rəy bildirməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru