İranda aksiyalarda ölənlərin rəsmi sayı AÇIQLANDI

24-09-2022, 00:06           
İranda aksiyalarda ölənlərin rəsmi sayı AÇIQLANDI
İranda son günlər baş verən aksiyalarda 17 nəfər ölüb, 95 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb. Müstəqil müşahidəçilər ölənlərin daha çox olduğunu düşünür.

Bildirilir ki, mitinqlərdə 61 təcili tibbi yardım və 25 yanğınsöndürən maşın yandırılıb.

Xatırladaq ki, İranda sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə böyük etirazlara səbəb olub. Aksiyalar Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və digər böyük şəhərləri əhatə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru