Pentaqon milyonlarla dollarlıq kamikadze dronları alacaq: müqavilə imzalandı

24-09-2022, 11:55           
Pentaqon milyonlarla dollarlıq kamikadze dronları alacaq: müqavilə imzalandı
ABŞ Müdafiə Nazirliyi “Switchblade 300” seriyalı kamikadze dronları alacaq.

Nazirlik bu məqsədlə “AeroVironment” özəl müəssisəsi ilə 20,6 milyon dollarlıq müqavilə imzalayıb.

Bu barədə şirkətdən məlumat verilib.

““AeroVironment” 20,6 milyon dollarlıq sabit qiymətli müqavilə aldığını elan edib. Müqavilə “Switchblade 300” taktiki raket sistemlərinin tədarükünü nəzərdə tutur”, - deyə şirkətdən bildirilib.

Qeyd edilib ki, silahların 2023-cü ilin iyul ayına kimi tədarükü planlaşdırılır.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru