Paris-Qahirə sərnişin təyyarəsi yoxa çıxıb

19-05-2016, 10:01           
Paris-Qahirə sərnişin təyyarəsi yoxa çıxıb
«EgyptAir» aviaşirkətinin vitse-prezidenti Əhməd Abdel bildirib ki, təyyarədən qəza siqnalı daxil olmayıb.

Virtualaz.org xəbər verir ki, digər məlumata əsasən, təyyarə radarlardan 11 kilometr hündürlükdə olarkən itib.

Təyyarənin qəzaya uğraması xəbəri hələlik təsdiqini tapmayıb.

* * *08:37

Virtualaz.org xəbər verir ki, Misir kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, təyyarə Misirin sahil xəttindən 80 kilometr aralıda Aralıq dənizinə düşüb.

Hadiisənin baş vermə səbəbləri barədə heç nə deyilmir.

Bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

* * *08:28

Dəqiqləşdirilmiş məlumata görə, «Airbus A320» tipli təyyarənin göyərtəsində 59 sərnişin və 10 nəfər ekipaj üzvü olub.

Virtualaz.org xəbər verir ki, Britaniyanın «The Guardian» nəşrinin yazdılğına görə, təyyarə son sutka ərzində beşinci reysini həyata keçirirmiş.

* * *08:24

Bu səhər Bakı vaxtı ilə saat 05:05-də Misirin paytaxtı Qahirə şəhərinin hava limanında yerə enməli olan A-320 sərnişin təyyarəsi yoxa çıxıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, əgər təyyarə indiyə kimi havada qalsaydı, onun yanacağöı artıq bitməli idi.

Paris — Qahirə reysi ilə uçan, göyərtəsində 59 sərnişin və 10 ekipaj üzvünün olduğu təyyarə Misirin hava məkanına daxil olmasına 16 kilometr qalmış radarlardan itib.

Təyyarənin məxsus olduğu «EgyptAir» aviaşirkəti hava gəmçisinin axtarışı məqsədilə operativ qərargah yaradıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.