Dollar kəskin bahalaşdı - neft ucuzlaşdı

19-05-2016, 10:37           

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) aprel ayında keçirilmiş iclasının ptokolları açıqlanıb.

«RİA Novosti» xəbər verir ki, protokollara görə, FES iyun ayında faiz dərəcələrini artıra biləcəyini bildirib.

Bu xəbər yayıldıqdan bir neçə dəqiqə sonra birjalarda dolların qiyməti sürətlə artmağa başlayıb. Eyni zamanda, neft ucuzlaşmaqdadır.

ABŞ Federal Ehtiyatlar Sisteminin aprel iclasının protokollarının açıqlanması neftin qiymətinə ciddi təsir edib.

Bakı vaxtı ilə saat 23:55-ə olan məlumata görə, Brent markalı neftin iyul fyuçersinin 1 barrelinin qiyməti 48,51 dollar təşkil edib.

Xatırladaq ki, bir neçə saat öncə neftin qiyməti 50 dollara yaxınlaşırdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.