Rusiyanın baş naziri Medvedev - Yerevana getdi

20-05-2016, 10:17           
Rusiyanın baş naziri Medvedev - Yerevana getdi
Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistanın paytaxtı Yerevana gedib.

O, cümə günü Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrin hökumət başçılarının iştirakı ilə keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.

Belə görüşlər bir qayda olaraq hər rübdə keçirilir. Bu, 2015-ci ilin yanvarından bu yana sayca 5-ci olacaq.

Yeri gəlmişkən, bu iclas əvvəlcə aprelin 7-8-nə planlaşdırılmışdı. Amma aprelin əvvəlində Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi səbəbindən təxirə salındı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.