Ukraynadan Putinin atəşkəs qərarına REAKSİYA

6-01-2023, 00:12           
Ukraynadan Putinin atəşkəs qərarına REAKSİYA
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyanın elan etdiyi atəşkəs rejimini ikiüzlülük adlandırıb.

Modern.az xəbər verir ki, bu barədə Podolyak "Twitter"də yazıb.
O qeyd edib ki, Ukrayna Rusiya kimi xarici ərazilərə hücum etmir və mülki insanları öldürmür.

"Ukrayna yalnız öz ərazisində işğalçı ordunun üzvlərini məhv edir... Rusiya Federasiyası işğal etdiyi əraziləri tərk etməlidir - yalnız bundan sonra "müvəqqəti barışıq"a başlayacaq. İkiüzlülüyü özünüzə saxlayın...", - Podolyak vurğulayıb.
Xatırladaq ki, Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib.

Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru