Hindistan Ukraynanı növbəti G20 sammitinə dəvət etmədi

6-01-2023, 12:04           
Hindistan Ukraynanı növbəti G20 sammitinə dəvət etmədi
Hindistan 2023-cü ilin sentyabrında Yeni Dehlidə keçiriləcək G20 sammitinə Ukraynanı dəvət etməyib.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Arindam Bağçı məlumat verib.

“Dəvət etməyi planlaşdırdığımız G20 üzvləri və xüsusi dəvət olunmuş ölkələr açıqlanıb. Ukraynanın bu siyahıda olduğunu düşünmürəm”, - Bağçı brifinq zamanı deyib.

Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, əgər nəsə dəyişərsə, bu barədə məlumat verəcək.

Xatırladaq ki, G20-nin bu günə qədərki sonuncu sammiti 15 və 16 noyabr 2022-ci il tarixlərində İndoneziyanın Bali adasında keçirilib. Ukraynanın G20-yə daxil olmamasına baxmayaraq, ölkə liderinin videobağlantı vasitəsilə çıxışına icazə verilib.

Mənbə: iz.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru