İsrail Qəzza sərhədində nəhəng divar tikəcək – FOTO

6-01-2023, 12:18           
İsrail Qəzza sərhədində nəhəng divar tikəcək – FOTO
Yaxın vaxtlarda İsrailin Qəzza zolağı ilə sərhədində çox kilometrlik beton divar peyda olacaq ki, bu da sərhəd zonasında yolların açıq qalan hissələrini tank əleyhinə raketlərdən və snayperlərin atəşindən qoruyacaq.

Yanvarın 5-də “Təhlükəsiz yol” adlanan gələcək qoruyucu kompleksin bünövrəsinin qoyulması mərasimi baş tutub.

Plana əsasən, ucaldılacaq 4,6 km-lik qoruyucu divar 34 və 232 nömrəli magistralların ən təhlükəli hissələrini əhatə edəcək.

“Təhlükəsiz yol” layihəsi beton divarların, eləcə də torpaq bəndlərin tikintisini nəzərdə tutur ki, bu da İsrail tərəfindəki magistral yolu fələstinli terrorçuların mümkün hücumlarından qoruyacaq.

Qoruyucu divar boyunca ərazinin abadlaşdırılması, xiyabanların, piyada və velosiped yollarının salınması nəzərdə tutulur.

Yaxın aylarda beton divar və digər yol mühafizə elementlərinin tikinti işlərinə başlanacaq və yay aylarında başa çatdırılacaq.

Mənbə: vesty.co.il












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru