ABŞ Ukraynaya 3 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb

7-01-2023, 00:08           
ABŞ Ukraynaya 3 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb
ABŞ Ukraynaya 3 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb. "Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Yeni yardım paketinin 225 milyon dolları Kiyevin hərbi potensialının uzunmüddətli gücləndirilməsi və Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün ayrılıb.

Məlumata görə, yeni hərbi yardım paketi Vaşinqtonun Kiyevə indiyədək verdiyi ən böyük dəstəkdir. Bu dəstək hərbi əməliyyatların intensivliyinin arta biləcəyi yaz fəslinədək Ukrayna Ordusunun maksimum dərəcədə gücləndirilməsinə yönəldiləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru