Bayden yenə unutdu: Zelenskiyə nəyi vəd etdiyini... - VİDEO

7-01-2023, 11:24           
Bayden yenə unutdu:
ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Vladimir Zelenskiyə silah tədarükü ilə bağlı verdiyi vədi unudub.

Bayden Nazirlər Kabinetinin üzvləri ilə görüşdə uzun müddət Vaşinqtonun Kiyevə məhz hansı silahları göndərməyi öhdəsinə götürdüyünü xatırlaya bilməyib.

“Almaniya həmçinin elan etdi ki, bu gün ukraynalıları... hava hücumlarına qarşı mübarizə üçün... “Patriot” sistemləri ilə təmin edəcək”, - deyə o, fikrini fasilələrlə düşünərək ifadə edib.

Görüş Ağ Evin “YouTube” kanalında yayımlanıb.

Görüş zamanı Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, Ukraynada “Patriot” sistemlərinin effektivliyi artıq hiss olunur.

Mənbə: İzvestiya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru