Şok: Rusiya yarım milyon əsgər səfərbər edir

7-01-2023, 09:06           
Şok: Rusiya yarım milyon əsgər səfərbər edir
Rusiya 2022-ci ilin oktyabrında səfərbər edilən 300 min əsgərdən əlavə, yanvar-fevral aylarında daha 500 min nəfər səfərbər etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Baş İdarəsinin rəis müavini Vadim Skibitski deyib.

Skibitskinin sözlərinə görə, yeni səfərbər olunanlar yaz və yay aylarında Ukraynanın şərqində və cənubunda Rusiyanın bir sıra hücum əməliyyatlarında iştirak edəcəklər:

"Biz gözləyirik ki, onlar Donetsk və Xarkov vilayətlərində, o cümlədən, ola bilsin, Zaporojyedə də hücum əməliyyatları keçirəcəklər, Xerson və Krımda özlərini müdafiə edəcəklər. Bu, belə bir tapşırığı yerinə yetirmək üçün onlara lazım olacaq insanların sayıdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru