Ukraynaya ötən il nə qədər maliyyə yardımı edilib?

8-01-2023, 09:53           
Ukraynaya ötən il nə qədər maliyyə yardımı edilib?
Ukraynaya ötən ildə göstərilmiş qlobal maliyyə yardımının həcmi, təxminən, 32,1 milyard dollar təşkil edib.

Bu barədə ölkənin Milli Bankı məlumat yayıb.

Bildirilib ki, yardım həm qrant, həm də kredit şəklində olub: “Qrantlardan daxil olan vəsait (480,6 milyard qrivna) 2022-ci ildə mühüm gəlir mənbəyinə çevrilib. Məhz qrantlar sayəsində 2022-ci ilin yekunlarına görə, dövlət büdcəsinin ümumi fondunun gəlirləri 37 % artaraq, 1 491,1 milyard qrivnaya çatıb”.

Bank ötən il ərzində Ukraynaya ən böyük maliyyə yardımını Amerika Birləşmiş Ştatlarının (12 milyard dollar), Avropa İttifaqının (8 milyard dollar), Beynəlxalq Valyuta Fondunun (2,7 milyard dollar), Kanadanın (1,9 milyard dollar) və Almaniyanın (1,6 milyard dollar) göstərdiyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru