İranda daha 3 nəfər edam ediləcək - “Allaha qarşı müharibə” adı altında fəallar öldürülür

10-01-2023, 00:01           
İranda daha 3 nəfər edam ediləcək -
İranda etiraz aksiyalarında iştirak edən Məhəmməd Mehdi Kərimi və Məhəmməd Hüseynin edamında sonra teokratik rejim daha üç nəfər barəsində ölüm hökmü çıxarıb.

Qaynarinfo İran mənbələrinə istinadən xəbər verir ki, həmin şəxslər İsfahanda keçirilən aksiyalar zamanı həbs edilən Saleh Mirhaşim Baltaği, Məcid Kazemi Şeyxşabani və Yaqubi Kürdsəfelidir.

Onlar İsfahan şəhərinin Xanə məhəlləsində keçirilən aksiyalarda iştirak edib. Bu baxımdan, həbs edilənlər barəsindəki cinayət işi şərti olaraq "İsfahan Xanə” işi adlandırılır.

Həmin aksiyalarda iki Bəsic üzvü öldürülüb. Teokratik rejim isə Saleh Mirhaşim Baltağini, Məcid Kazemi Şeyxşabanini və Yaqubi Kürdsəfelini "Allaha qarşı müharibə” ittihamı ilə mühakimə edib. Məhkəmə hər üç şəxsin təqsirli olduğu qənaətinə gəlib və onlar barəsində edam hökmü çıxarılıb.

Bu hadisə teokratik rejimin edamları davam etdirəcəyini göstərir. İranlı fəallar deyir ki, hakimiyyətin edamları davam etdirməsi etirazların səngiməməsi ilə bağlıdır.

Almaniyada mühacir həyatı yaşayan iranlı hüquqşünas Hağı Mahmudinin fikrincə, rəsmi Tehran bu addımların heç də onun xeyrinə olmadığının fərqindədir: "İstər daxildə, istərsə də beynəlxalq aləmdə İrandakı rejimin bu qansız addımlarına kəskin reaksiyalar var. Lakin hakimiyyət bunu görməzdən gəlir. Belə rəy formalaşdırmağa çalışır ki, bu reaksiyalardan əndişələnmir. Halbuki artıq hakimiyyətin öz daxilində edamlarla bağlı tərəddüdlər var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru