Bayden “Qurtuluş Ordusu”nu ABŞ Gizli Xidməti ilə səhv saldı - VİDEO

11-01-2023, 10:24           
Bayden “Qurtuluş Ordusu”nu ABŞ Gizli Xidməti ilə səhv saldı - VİDEO
ABŞ Prezidenti Co Bayden Texasa səfəri zamanı “Salvation Army” (“Qurtuluş Ordusu”) xeyriyyə təşkilatını ABŞ Gizli Xidməti ilə səhv salıb.

Amerika liderinin Meksika ilə sərhəddə yerləşən El Paso şəhərinə səfəri zamanı “Qurtuluş Ordusu”nun nümayəndəsi ilə danışdığını əks etdirən video yayılıb. Videoda Baydenin sözlərindən aydın olur ki, o, həmin qurumu bir digəri ilə qarışdırıb.

“Mən Gizli Xidmətlə birlikdə Polşa və Ukraynada müəyyən zaman keçirdim”, - deyə o bildirib. Sonra “Gizli Xidmət” ifadəsini təkrarlayıb.

“Burada isə bizim “Qurtuluş Ordusu”ndan olan uşaqlar var”, - deyə ABŞ administrasiyasının rəhbərinə həmsöhbətinin kim olduğu xatırladılıb.

“Qurtuluş Ordusu” xristian xeyriyyə təşkilatıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru