İran “Mossad” “casuslarına” qarşı böyük əməlliyyatlara başladı – Çoxsaylı həbslər var
11-01-2023, 11:14
İranda “Mossad üçün sui-qəsd və sabotaj” planlaşdırmaqda ittiham edilən 13 nəfər həbs edilib.
İranın Kəşfiyyat Xidməti Nazirliyinin açıqlamasına görə, ölkədə 1 hərbi vəzifəliyə və böyük şəhərlərdə sabotaj əməlləri planlamaqda ittiham edilən 13 nəfərin həbs edilib.
İranın rəsmi xəbər agentliyi “İRNA” yazır ki, “”Mossad”a bağlı olan 23 nəfərdən ibarət olan 6 əməliyyat qrupu təsbit edilib”.
Qruplaşma Tehran, İsfahan, Yezd, Qərbi Azərbaycan və Gülüstan bölgəsində təsbit edilən adamlardan bu ana qədər ölkə içində olan 13 nəfər həbs edilib. Xəbərdə “Mossad” üçün çalışdığı iddia edilən adamların Avropa ölkələrinin birində olan “Cyrus” ləqəbli bir adam tərəfindən yönləndirildiyi yazılır.