Braziliyada həbsinə order verilən sabiq məmur vətəninə qayıdır: “Özümü müdafiə edəcəm”

12-01-2023, 12:04           
Braziliyada həbsinə order verilən sabiq məmur vətəninə qayıdır:
Braziliyada məhkəmə keçmiş təhlükəsizlik rəhbəri Anderson Torresin həbsinə order verib. O, Braziliyanın keçmiş lideri Jair Bolsonarunun minlərlə tərəfdarının Milli Konqresə, Ali Məhkəməyə və prezident sarayına basqını zamanı iğtişaşların qarşısını ala bilməməkdə ittiham olunur.

Torres “Twitter” hesabında yazıb ki, o, ABŞ-dəki məzuniyyətini yarımçıq qoyub vətəninə qayıdacaq, hakim qarşısına çıxacaq və özünü müdafiə edəcək:

“Bu gün öyrəndim ki, Federal Ali Məhkəmənin hakimi Aleşandri de Morays həbsim və evimdə axtarış aparılması barədə göstəriş verib”.

Torres hər zaman qanuna və etik prinsiplərə uyğun hərəkət etdiyini də vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru