BƏƏ Pakistana 2 milyard ABŞ dolları kredit verəcək

13-01-2023, 10:04           
BƏƏ Pakistana 2 milyard ABŞ dolları kredit verəcək
Pakistanın Baş nazir Şahbaz Şərif BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb, sonuncu 2 milyard ABŞ dolları məbləğində mövcud krediti köçürməyə və 1 milyard ABŞ dolları əlavə kredit verməyə razılaşıb.

Bu barədə Pakistanın informasiya və yayım naziri Məryəm Auranqzeb Twitter səhifəsində yazıb. M. Auranqzeb qeyd edib ki, Baş nazirin iki günlük səfəri zamanı Əbu-Dabidə baş tutan görüşdə hər iki tərəf investisiya əməkdaşlığının dərinləşdirilməsi, tərəfdaşlıq əlaqələrinin stimullaşdırılması və iki ölkə arasında investisiya inteqrasiyası imkanlarının yaradılması barədə razılığa gəlib.
Ətraflı

İki lider Pakistan və BƏƏ arasında mövcud olan qardaşlıq münasibətlərini müzakirə edib və xüsusilə ticarət, investisiya və enerji sahələrində bu əlaqələrin daha da gücləndirilməsinin yollarını və vasitələrini araşdırıblar. Həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru