Rusiyada məcburi hərbi xidmət üçün yaş həddi qaldırılır 13-01-2023, 10:08 Rusiya məcburi hərbi xidmət üçün yuxarı yaş həddini dəyişməyə hazırlaşır. Bununla bağlı Rusiya Parlamentinin Müdafiə Komitəsinin sədri Andrey Kartapolov məlumat verib. Belə ki, məcburi hərbi xidmətə tətbiq edilən 18-27 yaş aralığının 30-a çatdırılması nəzərdə tutulur. Həmçinin, aşağı yaş həddi 18-dən 21-ə qaldıra bilər. Facebook-da paylaş