Miladdan sonra Britaniya morqları dolub

13-01-2023, 10:17           
Miladdan sonra Britaniya morqları dolub
Böyük Britaniyada Milad bayramlarında rekord sayda ölüm qeydə alınıb. Ölümlərin artması təcili yardımda rekord gecikmələrlə əlaqələndirilir.

Bundan əlavə, qripə yoluxma hallarının çoxalmasının da buna səbəb ola biləcəyi istisna edilmir.

Böyük Britaniyada təcili yardım otaqlarında uzun gözləmə müddətləri səbəbindən həftədə 300-500 xəstə ölür. İngiltərə və Uelsdə artıq üçüncü həftədir ki, mindən çox ölüm halı qeydə alınıb.

Gecə-gündüz mühafizə olunan xəstəxanaların ərazilərində müvəqqəti morqlar yerləşdirilib. Yük konteynerlərinin içərisində təxminən 35 meyit olduğu bildirilir.

Sonuncu dəfə belə vəziyyət pandemiyanın ortasında müşahidə olunub.

Mənbə: The Sun












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru