Argentinada illik inflyasiya 1991-ci ildən bəri ən yüksək səviyyəyə çatıb

13-01-2023, 09:12           
Argentinada illik inflyasiya 1991-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Argentinada 2022-ci ilin sonunda inflyasiya 94,8% təşkil edib ki, bu da 1991-ci ildən bəri ən yüksək göstəricidir.
“Report” xəbər verir ki, bu barədə ölkənin Statistika və Siyahıyaalma İnstitutunun dərc etdiyi məlumatda deyilir.

Qeyd olunub ki, 2022-ci ilin dekabr ayında istehlak qiymətləri indeksinin ümumi səviyyəsi 5,1% artıb, 12 ay ərzində məcmu artım 94,8% təşkil edib.

Hesabatı tərtib edənlərin fikrincə, dekabrda restoran və mehmanxanaların xidmətlərinin qiymətləri ən çox - 7,2%, spirtli içkilər və tütün məmulatları 7,1% artıb. Məhsullar isə 4,7% bahalaşıb.

Argentina artıq bir neçə ildir ki, inflyasiyanın ən yüksək olduğu ölkələr sırasındadır. 2021-ci ilin sonunda inflyasiya 50,9%, 2020-ci ildə 36,1%, 2019-cu ildə 53,8%, 2018-ci ildə 47,6% təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru