"Ağ Ev Konqresdən “F-16” qırıcılarının Türkiyəyə satılması üçün icazə istəyir" - KİV

14-01-2023, 00:24           
"Ağ Ev Konqresdən “F-16” qırıcılarının Türkiyəyə satılması üçün icazə istəyir" - KİV
Ağ Ev “F-16” qırıcılarının Türkiyəyə satışı üçün Konqresdən icazə almaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ administrasiyasının nümayəndələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, söhbət 40 yeni qırıcının, eləcə də artıq Türkiyədə istismarda olan bu tipli 79 təyyarənin modernləşdirilməsi üçün komplektlərinin satışından gedir. Bundan əlavə, ABŞ Türkiyəyə 900 “hava-hava” raketi və 800 aviabomba satmaq niyyətindədir.

Qəzetin yazdığına görə, silah satışı ilə bağlı qərarın Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yanvarın 17-18-də ABŞ-yə planlaşdırılan səfəri ilə üst-üstə düşəcəyi istisna edilmir.

Nəşr qeyd edib ki, “F-16”nın Türkiyəyə satılması qərarı ilə eyni vaxtda ABŞ qanunvericiləri Yunanıstana ən azı 30 ədəd beşinci nəsil “F-35” qırıcılarının satışını təsdiqləyə bilərlər. Qəzet işarə edib ki, bu, Vaşinqton və Ankara arasında mümkün sövdələşmə ilə bağlı Afinada narazılığın dərəcəsini azaldacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru